Uzun müddətdir İngilis dili ilə məşqul olur, lakin hələ də özünüzü ifadə etməkdə çətinlik çəkirsiniz?|Baku City Academy

Xəbərlər

Uzun müddətdir İngilis dili ilə məşqul olur, lakin hələ də özünüzü ifadə etməkdə çətinlik çəkirsiniz?

“İngilis dili bariyerini necə aşmalı?” adlı açıq dərsimizə qoşularaq həm İngilis dilinin inkişafi ilə bağlı məsləhətlər verəcək, həm də danışığa əsaslanan metodumuzun effektivliyinin sirrini sizinlə bölüşəcəyik.

Açıq dərs 28 oktyabr, saat 13:00-da, İngilis dilinin tədrisi ilə bağlı çoxillik təcrübəyə malik pedaqoq tərəfindən keçiriləcəkdir.
Seminar zamanı aşağıdakı mövzular əhatə olunacaqdır:
- İngilis dili bariyerini necə aşmalı?
- Danışığın inkişafı üçün ən çox nələrə diqqət etməli?
- Lüğət bazasını necə artırmalı və yadda saxlamalı?
- Yeni dil öyrənərkən diqqət etməli olduğunuz məqamlar.
Bunlarla yanaşı iştirakçıların sualları cavablandırılacaq və qeyd olunan məqamlar tətbiq edilərək göstəriləcəkdir.

İştirak üçün aşağıdakı linkdəki formanı doldurmağınız xahiş olunur:

https://goo.gl/forms/gulFSyQ40bA6rHFI2

İştirak ÖDƏNİŞSİZDİR.
Son qeydiiyyat tarixi: 27 oktyabr

QEYD: Açıq dərsdə iştirak edən hər kəsə “General English” və “IELTS” dərslərinə 10 % endirim təqdim olunacaqdır.

Paylaş:

Tağlar: Ingilis dili