The University of Milan|Baku City Academy

Xəbərlər

The University of Milan

UniMi və ya Statale kimi tanınan Milan Universiteti (İtalyan: Università degli Studi di Milano, Latın: Universitas Studiorum Mediolanensis), Milanda-İtaliyada yerləşən ali təhsil müəssisələrindən biridir. Avropanın ən böyük universitetlərindən hesab olunan Milan Universitetində təxminən 64.000 tələbə və 2000 nəfərlik daimi professor-müəllim heyəti vardır.

Hazırda universitet 8 fakültə və 2 məktəb,138 tədris proqramı (bakalavr və magistratura bölmələri arasında bölünür), 31 doktorantura (scuole di dottorato) və 76 ixtisas məktəbləri (scuole di specializzazione) təklif edir.

Universitetin kitab kolleksiyası çox zəngindir və 47 kitabxanada saxlanılır. 62.522 elektron jurnal,368.940 elektron kitab və 187 verilənlər bazasından ibarət zəngin elektron kitabxanaya da malikdir. 
Universitet "Center for World University Rankings"(CWUR) tərəfindən 3-cü, "Webometrics Ranking of World Universitiesis" tərəfindən 4-cü, "the Academic Ranking of World Activities" tərəfindən 1-ci, "the Times Higher Education World University Rankings" tərəfindən isə 6-cı və 9-cu sırada qərarlaşdırılmışdır.

Milan Universiteti aşağıdakı fakültələrə malikdir:
- Kənd Təsərrüfatı və Qida Elmləri;
- Məşq və İdman Elmləri;
- Humanitar Elmlər;
- Hüquq;
- Dil və Mədəni Vasitəçilik Elmləri;
- Tibb;
- Əczaçılıq;
- Siyasi, İqtisadi və Sosial Elmlər;
- Elm və Texnologiya;
- Baytarlıq.

Siz də 2019-2020 tədris ilində təhsilinizi Milan Universitetində davam etdirmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.

Paylaş:

Tağlar: Taricdə Təhsil