Macarıstanda təhsil|Baku City Academy

Xəbərlər

Macarıstanda təhsil

Macarıstan Mərkəzi Avropada yeləşən dövlətdir. Macarıstanın Paytaxtı Budapeşt şəhəridir. Ölkənin
Sahəsi: 93,030 km² .Macarıstanın Dövlət dili Macar dilidir. Ölkənin Pul vahidi: Forint (HUF).
Macarıstanda bakalavr pilləsi üzrə  təhsil 3-4 il (bəzi mühəndislik sahələrində 3.5 il), magistr pilləsi üzrə
isə 2 il davam edir. Tibb sahəsi (OTM) üzrə təhsil 6 il, diş həkimliyi və əczaçılıq üzrə isə 5 ildir.
Avropa Birliyinin üzvü olan Macarıstanın ali təhsil müəssisələrində təhsil proqramları kredit sistemi və
Boloniya prosesinə uyğun tədris olunur.
Bakalavr pilləsi üzrə təhsil almaq üçün IELTS 5.5-6.0 və ya TOEFL 60-80 bal, orta məktəbi bitirmək
haqqında attestatın (11-ci sinifdə oxuyanlar üçün müvafiq arayışın) rəsmi tərcümə və təsdiq olunmuş
surəti.
Magistr pilləsi üzrə təhsil almaq üçün isə IELTS 6.0-6.5 və ya TOEFL 70-90 bal, bakalavr diplomu (son
kursda oxuyanlar üçün müvafiq arayışın) rəsmi tərcümə və təsdiq olunmuş surəti kifayət edir.

Paylaş:

Tağlar: Macarıstan