IELTS Mock Exam|Baku City Academy

Xəbərlər

IELTS Mock Exam

IELTS imtahanına hazırlaşan Dostlar!

23 sentyabr, saat 13:00-da, Rəsmi IELTS Qeydiyyat Mərkəzi olan Baku City Academy-də IELTS Sınaq imtahanı keçiriləcəkdir. Əsl imtahan mühitində, çoxillik təcrübəyə malik peşəkar mütəxəssislərimiz tərəfində hazırlanmış materiallar əsasında keçiriləcək IELTS sınaq imtahanında öz biliklərinizi sınaqdan keçirməyə tələsin.

Hədəflədiyiniz ielts balını yığmaq, öyrəndiklərinizi tətbiq etmək və vaxtı düzgün idarə etməyiniz məqsədilə sınaq imtahanlarında iştirak sizin üçün müsbət nəticə verəcəkdir. Həmçinin, rəsmi imtahana qeydiyyat haqqında qərar qəbul etmiş olacaqsınız.

İmtahan rəsmi IELTS imtahanı şəklində, aşağıdakı bölmələri əhatə etməklə 180 dəqiqə ərzində keçiriləcəkdir. 
Listening (30 + 10 dəqiqə)
Reading (60 dəqiqə)
Writing (60 dəqiqə)
Speaking (10-14 dəqiqə)

Qeyd olunan tarixdə Listening, Reading, Writing bölmələri keçiriləcəkdir. Speaking bölməsinin keçiriləcəyi tarix iştirakçılarla birlikdə təyin olunacaqdır.

IELTS sınaq imtahanında iştirak etmək üçün aşağıda verilmiş linkdəki formanı doldurmağınız xahiş olunur:

https://goo.gl/forms/0VILBTzpx0aDHqJz1

Formanı doldurduqdan sonra mərkəzimizə yaxınlaşaraq qeydiyyatınızı təsdiq etməlisiniz. Yerlərin məhdud olması səbəbindən erkən qeydiyyatdan keçməlisiniz.

İştirak haqqı: 15 AZN ( Qeydiyyatınızı təsdiqləməyiniz üçün onlayn qeydiyyatdan keçdikdən sonra mərkəzimizə yaxınlaşaqraq qeyd olunan məbləği ödəməyiniz xahiş olunur )
Son Qeydiyyat Tarixi: 22 sentyabr

*QEYD: IELTS sınaq imtahanında iştirak etmiş hər bir şəxsə mərkəzimizdə təşkil olunan IELTS hazırlıq kurslarına 10% ENDİRİM olunacaqdır.
 

Paylaş:

Tağlar: İELTS