EYNİ ANDA İRLANDİYA VƏ ALMANİYADAN QƏBULUMUZ VAR!|Baku City Academy

Xəbərlər

EYNİ ANDA İRLANDİYA VƏ ALMANİYADAN QƏBULUMUZ VAR!

Tələbəmiz Ayaz Abuzərovun İrlandiya və 3 Almaniya universitetindən qəbul sənədi gəldi.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə" fakültəsinin sonuncu kurs tələbəsidir. Ayazı Almaniyadan 7 universitetə, İrlandiyadan isə 1 universitetə baş vurmuşduq. Artıq 4 universitetdən (3 Almaniya, 1 İrlandiya) müsbət cavab almışıq.

Müsbət cavab aldığımız Almaniya universitetləri arasında reytinqli universitetlərdən hesab olunan Hamburg da var. Ümid edirik, digərləri də qəbul verəcək.

Ona bizi seçdiyi üçün təşəkkürümüzü bildirir, təhsil və kariyerasında müvəffəqiyyətlər arzulayırıq.

Əgər Sizin də məqsədiniz xaricdə təhsil almaqdırsa, çəkinmədən bizə müraciət edə bilərsiniz.

Paylaş:

Tağlar: Xaricdə Təhsil