Almaniyada təhsil almaq istəyənlərin nəzərinə!|Baku City Academy

Xəbərlər

Almaniyada təhsil almaq istəyənlərin nəzərinə!

2019-2020 tədris ili üçün "Almaniyada Ödənişsiz Təhsil və Təqaüd İmkanları" adlı silsilə seminarlarımıza start veririk.

Baku City Academy-də 22 sentyabr, 2018-ci il tarixində, saat 12:00-da "Almaniyada Ödənişsiz Təhsil və Təqaüd İmkanları" adlı seminar keçiriləcəkdir. Seminar gənclərin Almaniyada təhsillə bağlı məlumatlar əldə etmələri, ödənişsiz təhsil imkanlarından yararlanmaları üçün təşkil olunmuşdur.

Seminar zamanı əhatə olunacaq mövzular aşağıdakılardır:
- Almaniyada təqaüdlə təhsil imkanları;
- Təqaüd proqramlarının şərtləri;
- Almaniyada təhsil üçün ən prestijli universitetlər;
- Sənədləşmə proseduru;
- Almaniyada attestatla təhsil alma imkanları;
Bu mövzularla yanaşı iştirakçıların sualları da cavablandırılacaqdır.
ştirak ÖDƏNİŞSİZDİR.
Son qeydiyyat tarixi: 21 sentyabr, saat 12:00

Seminarda iştirak üçün aşağıdakı linkdəki formanı doldurmağınız xahiş olunur:

https://goo.gl/forms/ffDrwdFD6vxz5sFk2

Paylaş:

Tağlar: Taricdə Təhsil