Almaniyada Peşə Təhsili|Baku City Academy

Xəbərlər

Almaniyada Peşə Təhsili

Almaniyada Peşə təhsili “Ausbildung” adlanır. Peşə təhsilinin müddəti 2 ildən 3.5 ilə qədər davam
edir və bir çox sahələri əhatə edir. Peşə təhsilinin digər təhsillərdən üstün cəhəti ondan ibarətdir ki,
siz oxuduğunuz müddət ərzində 600-dan 900-a avroya qədər aylıq maaş qazana bilirsiniz. Peşə təhsili
müddətində siz qəbul olunduğunuz şirkətin nəzdində praktiki, təhsil mərkəzlərində/məktəblərdə isə
nəzəri biliklərə yiyələnirsiniz. Siz qəbul olduğunuz zaman şirkət sizinlə müqavilə bağlayır, bəzi
hallarda qalacağınız yer belə şirkət tərəfindən təmin edilir.

Paylaş:

Tağlar: Peşə Təhsili