İtalyan dili

İtalyan dili

İTALYAN DİLİ

İtalyan dili kursumuza yazılaraq İtaliyada təhsil alan müəllim heyətimizlə birlikdə dərslərə başlaya bilərsiniz.

Dərslər özəl hazırlanmış proqramımıza uyğun olaraq İtaliyadan gətirilmiş orijinal dərs vəsaitləri əsasında keçirilir. Bu proqramda qrammatika və lüğət işi birlikdə aparılır. Beləliklə, tələbələr İtaliyan dilində oxuma, yazma, dinləmə, danışma bacarıqlarını qısa zamanda qazanırlar. 


 

Kursun detalları

Əsas olaraq hədəf götürülmüşdür:
- Dərs kitablarından başqa, tələbələrə tapşırıqlar xüsusi hazırlanmış materiallar əsasında verilir. Bununla, tələbələrə İtalyan dilini dərsdən kənarda da təkrar etmək fürsəti təqdim olunur;
- Hər ay sınaq imtahanı keçirilərək tələbənin zəif olduğu hissələr təkrarlanır və inkişaf etdirilir;
- Müəllim sinifdə İtalyan dilində ünsiyyətə önəm verərək tələbələri İtalyan dilində danışmağa həvəsləndirir;
- Tələbələrin İtalyan mədəniyyətini və dilini tam mənimsəmələri üçün əyani məşqlər, dialoq qurma, musiqi dinləmə, film izləmə və müxtəlif mövzular əsasında təqdimatlar təşkil olunur.

Kursun digər detalları aşağıdakı kimidir:
- dərslər həftədə 3 dəfə, hər dərs 1.5 saat müddətində keçirilir;
- həftə sonu danışıq klubları təşkil olunur;

- qrup iştirakçılarının sayı 3-5 nəfər;
- materiallar kurs tərəfindən təqdim edilir;
- hər səviyyəyə uğun olaraq aralıq və son sınaq imtahanları;
- İtaliyada təqaüdlə təhsillə bağlı konsultasiya.

Kursun məlumatları

  • Kursun müddəti: 18 saat
  • Ümumi tələbə sayı: 3-4
  • Dərs cədvəli: Həftədə 3 dəfə, 90 dəqiqə
  • Başlama və bitiş vaxtı: 09:00 - 21:00